Zinəddin Zidana baş məşqçiliyə qayıtması və Xabi Alonso barədə sual verilib.
Offsideplus.az xəbər verir ki, “El Çirinquito”nun jurnalisti onunla qarşılaşıb və ona yaxın zamanda məşqçiliyə qayıdıb-qayıtmayacağı barədə sual verib. Fransalı əfsanə isə gülərək qısa şəkildə cavab verib:
“Hə, hə.”
Jurnalistlər, həmçinin, ondan Xabi Alonsonun hazırkı komandası barədə fikirlərini də soruşublar, lakin Zidan bu suala cavab verməyib.



