Dominik Livakoviç yanvarda "Jirona" klubundan ayrılmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, UEFA-nın qaydalarına görə, bir mövsüm ərzində 3 klubun formasını geyinə bilməzsən.
Buna görə də xorvatiyalı qolkiper "Jirona" forması ilə rəsmi matça çıxmaq istəmir.
Qeyd edək ki, D. Livakoviç bu ilin yayında "Fənərbağça"dan ayrılaraq icarə əsasında İspaniya klubuna keçib.
O, bu mövsüm İstanbul təmsilçisinin heyətində 2 oyuna çıxıb. "Jirona"da debüt etməsə, o zaman qış "transfer pəncərəsində" 3-cü bir kluba transfer ola biləcək.



