"Barselona" klubunun prezidenti Xoan Laporta Lionel Messinin katalon klubuna qayıdacağı ilə bağlı iddiaları təkzib edib.

Offsideplus.az xəbər verir ki, Kataloniya radiosuna danışan 63 yaşlı funksioner bunları deyib:

"Messiyə, oyunçularımıza və üzvlərimizə hörmət olaraq, real olmayan ssenarilərlə spekulyasiya etməyin vaxtı deyil".

O, argentinalı futbolçunun ayrılığından peşman olmadığını da bildirib:

"Messinin gedişi ilə bağlı peşman deyiləm.

"Barselona" hamıdan üstündür. Bu, hamımızın istədiyimiz deyildi, amma o anda başqa cür mümkün deyildi".