"Qarabağ"la görüşdə zədələnən "Atletik"in futbolçusu İnyaki Uilyamsın durumu məlum olub.

Offsideplus.az xəbər verir ki, o, matçın 38-cü dəqiqəsində əvəzlənməli olmuşdu.

Klubun rəsmi açıqlama görə təcrübəli futbolçunun sağ ayağında zədə aşkarlanıb.

Onun 2-3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, İ. Uilyams 2014-cü ildən "Atletik"in əsas komandasında çıxış edir. O, burada 483 oyun keçirib və 111 oyun qol vurub.