Kriştiano Ronaldo futbol karyerasında artıq 948 qola imza atıb.
Offsideplus.az xəbər verir ki, "Sky Sports" onun 1000 qola nə vaxt çata biləcəyini hesablayıb.
Onların hesablamasına görə portuqaliyalı futbolçu bu saya növbəti ilin oktyabr ayında çatacaq.
Hətta o, gələn ilin sonuna qədər qollarının sayına 1008-ə çatdıracaq.
Qeyd edək ki, K. Ronaldonun klubu "Əl-Nəsr" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.



