“Turnirə qələbə ilə başlamaq xoşdur”.
Offsideplus.az xəbər verir ki, bunu Azərbaycanın U-16 millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.
Mütəxəssis yığmanın yer aldığı A qrupunda Tacikistanla oyunla bağlı fikirlərini bölüşüb:
"III MDB Oyunlarında hədəfimiz çempionluqdur. Bunun üçün qələbə lazım idi. Rəqib turnirin ən yaxşı komandalarından biridir. Bildiyiniz kimi bu gün sentyabrın 27-sidir - Anım Günüdür. Önəmli qələbə idi. Qol fürsətlərindən istifadə etsəydik, nəticə daha da yaxşı ola bilərdi. Təəssüf ki, qolumuzu saymadılar, səbəbini mən də bilmədim”.
Nəbiyev Qırğızıstana qarşı keçirəcəkləri oyun haqqında da danışıb: "Rəqibin bir neçə oyununu izləmişik. Məşqlərimizizi də buna əsasən nizamlayacağıq. Növbəti matçda da qələbə qazanmalıyıq".
Qeyd edək ki, III MDB Oyunlarında futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.


