"Milan" "Bayer"in hücumçusu Viktor Bonifasenin transferindən imtina edib.
Offsideplus.az xəbər verir ki, buna səbəb nigeriyalı futbolçunun tibbi baxışdan keçə bilməməyidir.
Bonifase Leverkuzenə geri qayıdacaq.
Onun "Bayer"lə 2028-ci ilin yayına qədər müqaviləsi var. Nigeriyalı hücumçu ötən mövsüm 27 oyunda 11 qol vurmağı bacarıb.


