Harri Keynin het-triki sayəsində "Ştutqart"ı 3:0 hesabı ilə məğlub edən "Bayern Münhen" mövsümü Almaniya Kubokunun çempionluğu ilə başa vurub.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi 2020-ci ildən bəri ilk dəfə bu kuboku qazanmaqla yanaşı, builki mövsümdə ümumilikdə 139 qol vuraraq yeni rekorda imza atıb.

Berlin Olimpiya Stadionunda keçirilən finalın ilk hissəsində "Ştutqart" daha aktiv görünsə də, qapıçı Yonas Urbiq rəqibin təhlükəli zərbələrinin qarşısını alıb. "Bayern Münhen" hissənin sonuna yaxın Yosip Stanişiçlə qol vəziyyəti yaratsa da, ilk yarı qolsuz başa çatıb.

İkinci hissəyə sürətli başlayan "Bayern Münhen" hesabı açıb. Maykl Olisenin sağ cinahdan ötürməsini Harri Keyn başla boş qapıya göndərib. Azarkeşlərin yandırdığı pirotexniki vasitələr səbəbindən oyunda qısamüddətli fasilə yaransa da, Münhen təmsilçisi təzyiqi azaltmayıb. Matçın bitməsinə 10 dəqiqə qalmış Keyn cərimə meydançasında ustalıqla dönərək yerdən vurduğu zərbə ilə özünün və komandasının ikinci qolunu vurub.

Sonda het-trikini rəsmiləşdirən ingilis hücumçu komandasına böyükhesablı qələbə qazandırıb.

O, cari mövsüm vurduğu qolların sayını 61-ə çatdırıb və finalın ən yaxşı oyunçusu seçilib