"Fənərbağça"dan ayrılan Brayt Osayi-Samuelin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, nigeriyalı futbolçu azad agent kimi "Birmingem"ə qoşulub. O, İngiltərə klubu ilə 3 illik müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Osayi Samuel 2021-ci ilin yanvarından "Fənərbağça"da çıxış edirdi. O, İstanbul klubunda ümumilikdə 178 oyuna çıxıb.
27 yaşlı futbolçu Türkiyə klubundan öncə İngiltərədə "Blekpul" və KPR-in də formalarını geyinib.
Qeyd edək ki, "Birmingem" bu mövsümdən etibarən Çempionşipdə çıxış edəcək.