“Xəzər Lənkəran”ın sabiq futbolçusu Brunu Simau ağır yol-nəqliyyat qəzasına uğrayıb.

Offsideplus.az xəbər verir ki, qəza beş gün əvvəl baş verib.  Portuqaliyalı sol cinah müdafiəçisi hazırda Santa Maria xəstəxanasında yatır. Futbolçu əvvəl komada olsa da, indi özünə gəlib.

Qeyd edək ki, Brunu Simau “Xəzər Lənkəran”da 2011-ci ildə oynayıb və cəmi səkkiz Premyer Liqa oyununa çıxıb. O, “Xəzər Lənkəran”la Azərbaycan kubokunun qalibi olub. O, bu il Portuqaliyanın II divizion klubu olan “Pinyalnuvensi” klubuna keçmişdi.

oxu.az