"İngiltərədə 9 gözəl il keçirdim, lakin A Seriyasından daha yaxşı bir liqa tapa bilmədim".
Offsideplus.az xəbər verir ki, bu sözləri hazırda MLS-də çıxış edən "Milan"ın sabiq hücumçusu Olivye Jiru səsləndirib. 38 yaşlı futbolçu "Le Parisien" nəşrinə müsahibə verib. Həmin müsahibədən seçilmiş hissələri sizə təqdim edirik:
"Böyük "Milan"da oynamaq və 2022-ci ildə Skudetto qazanmaq inanılmaz idi".
"Uşaqlıqda mən o klubun fanatı idim, ona görə də üç il ərzində bu rəngləri qorumaq şansına sahib olmaq böyük qürur idi".
"Mənim Maldini, Pioli, İbra ilə işləmək imkanım oldu. İtaliyada çox əyləndim".
"Azarkeşlərin ehtirası? Mən əvvəllər belə bir şey yaşamamışdım. "San Siro" futbolun əsl məbədidir".