Azərbaycanda uşaq futbolunun inkişafı, kütləviliyin artması üçün növbəti tədbir həyata keçirilib. 

Offsideplus.az xəbər verir ki, bu sıradan daha bir tədbir Şəkidə gerçəkləşib.

“Kəndlərdə idmanı inkişaf etdirək” adlanan layihəni Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası (UGFF) təşkil edib.

Şəki şəhər stadionunda baş tutan tədbirdə UGFF-nın prezidenti Asif Əliyev, baş katib Asim Xudiyev ilə yanaşı millət vəkili Vüqar İsgəndərov və Futbolun İnkişaf Fondunun əməkdaşları iştirak edib.

AFFA və UGFF tərəfindən uşaqlara futbola marağı artırmaq məqsədilə idman geyimləri və futbol topları verilib.

Qeyd edək ki, Futbolun İnkişaf Fondu 2023-cü ildə UEFA Uşaq Fondundan verilən mükafat çərçivəsində UGFF-yə 500 top ianə edib.