U-15 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsi məqsədilə Lənkəranda 14 yaşadək qızlar arasında “Qızlar Futzal Kuboku” keçirilib.

Offsideplus.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 8 komanda 2 qrupda mübarizə aparıb.

Turnrin qalibi 2 nömrəli tam orta məktəb olub. İkinci yeri 7 nömrəli tam orta məktəb, üçüncü pilləni isə 4 nömrəli tam orta məktəb tutub.

Yarışın ən məhsuldar oyunçusu adına 3 qolla Mədinə Hüseynova (2 nömrəli tam orta məktəb) layiq görülüb. 4 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Kazımzadə ən yaxşı oyunçu, eyni məktəbin şagirdi Rüqayyə İsayeva isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutan komandalar diplom və medallar, qalib kollektiv isə kubokla mükafatlandırılıb.