ABŞ-ın "İnter Mayami" klubunun üzvü Lionel Messi Argentina milli komandasının heyətindən çıxarılması ilə bağlı bəyanat yayıb. 

Offsideplus.az xəbər verir ki, 37 yaşlı futbolçu yığmanın dünya çempionatının qarşıdakı oyunlarını zədə səbədindən buraxacağını təsdiqləyib.

"Çox təəssüf ki, Uruqvay və Braziliya komandalarına qarşı vacib görüşləri buraxacağam. Mən oynamağı çox istəyirdim, lakin kiçik zədə ucbatından yığmanın düşərgəsinə yollana bilməyəcəyəm. Hər bir argentnalı azarkeş kimi komandanı kənardan dəstəkləyəcəyəm. İrəli, Argentina!", - deyə dünya çempionu vurğulayıb.

"İnter Mayami" klubu da açıqlama verərək, futbolçunun MLS-in son turunda "Atlanta Yunayted"ə qarşı matçda özünü narahat hiss etdiyini, qarşılaşmadan sonra keçirilən müayinələr zamanı isə zədə aşkarlandığını bildirib.

Qeyd edək ki, Messi dünən Argentina yığmasının heyətindən uzaqlaşdırılıb.

BU DA MARAQLIDIR:

Erlinq Haaland "Mançester Siti"dən gedə bilər