Leo Messi "İnter Mayami"nin "Nyu York Siti" ilə 2-2 bərabərliklə başa çatan oyununda əsəblərinə hakim ola bilməyib.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu matç başa çatan kimi hakimə sərt etirazlar edib və bu səbəbdən sarı vərəqə ilə cəzalandırılıb.
Argentinalı oyunçu meydanın kənarına doğru gedərkən rəqib komandanın köməkçi məşqçisi Mehdi Ballouçinin ona yönəlik sözləri Messini daha da qıcıqlandırıb. Leo əlini onun boynuna qoyduqdan sonra qısa müddətli gərginlik yaşanıb. "İnter Mayami"nin texniki heyəti aranı sakitləşdirib.