Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.
"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.
Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:
1. Ekspert - Nurlan Valehoğlu
Oyun - "Eyüpspor" - "Fənərbağça"
Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,66
Türkiyə Super Liqasında çempionluq mübarizəsində liderdən 6 xal geri qalan “Fənərbağça” bu dəfə səfər matçında “Eyüpspor” ilə qarşılaşacaq. Matçları məhsuldar keçən qonaqların müdafiəsində ciddi problemlər var. Baxmayaraq ki, komanda çempionatın ən az qol buraxan komandasıdır, amma son turlarda ciddi səhvlər görünür. Arda Turanın çalışdırdığı “Eyüpspor” keyfiyyətli heyətə malikdir. Bu oyunla bağlı təxminim, qarşılıqlı qoldur.
2. Ekspert - Fərid Ramazanov
Oyun - "Elversberq" - "Şalke 04"
Təxmin - Alt/Üst 2,5 - Üst - Əmsal 1,49
Almaniyanın 2-ci Bundesliqasında son oyunlarda qələbələr qazanmaqla liderliyə yüksələn "Elversberq" 17-ci turda doğma "Waldstadion Kaiserlinde" stadionunda köklü və titullu klublardan biri "Şalke 04"ü qonaq edəcək. "Elversberq" son 5 oyunda 4 qələbə qazanıb və 1 dəfə məğlub olub. Komanda 28 xala malikdir və "Köln", "Paderborn" klubları ilə birgə turnir cədvəlinə başçılıq edir. Top fərqinə görə "Elversberq" 1-cidir. "Şalke 04" isə 2 tur öncə səfərdə "Paderborn"u gözlənilmədən 4-2 hesabı ilə məğlub etdi, ötən turda isə "Fortuna Düsseldorf"la 1-1 bərabərə qaldı. Gelzenkirxen klubu güclü komandalarla daha yaxşı mübarizə aparır, amma 17 xalı olan "Şalke 04" turnir cədvəlində 14-cüdür. Düşünürəm ki, bu matçda hər 2 komanda qol vura bilər və məhsuldar oyun keçə bilər. Proqnozum 2.5 ÜST-dür.
3. Ekspert - Tural Dadaşov
Oyun - "Verona" - "Milan"
Təxmin - Oyun Nəticəsi 1X2 - "Milan" - Əmsal 1,55
İtaliya A Seriyasının 17-ci turunun açılış matçında "Verona" və "Milan" üz-üzə gəlir. "Milan" 23 xalla 8-ci sırada qərarlaşıb. 15 xalı olan "Verona" isə təhlükəli zonaya yaxın mövqedədir. Meydan sahibləri ardıcıl 4 turda məğlub olduqdan sonra son oyunda "Parma" üzərində 3-2 hesablı səfər qələbəsi qazanıb. Bütün yarışlarda son 10 oyunda 1 məğlubiyyəti olan "Milan" bu sıradakı 6 matçda qalib gəlib. Qonaqlar son turda evdə "Cenoa" ilə 0-0 hesablı heç-heçəyə razılaşıb. Ötən mövsüm "Milan" bu rəqibini evdə 1-0, səfərdə 3-1 hesabı ilə üstələyib. Ümumiyyətlə, son 7 dueldə "Verona" "Milan"a məğlub olub. Ənənənin bu dəfə də davam edəcəyini düşünürəm.
Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...