2030-cu ildə baş tutacaq Dünya Çempionatının açılış və final oyunlarını qəbul etməyə namizəd olan stadionlar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, sözügedən matçlar Madriddə yerləşən "Santyaqo Bernabeu", Barselonada olan "Kamp Nou" və ya Kasabalankadakı Kral II Həsən stadionlarından birində keçiriləcək. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ümumilikdə DÇ-2030 qarşılaşmaları 20 şəhərin 24 arenasında oynanılacaq. Mundial 6 ölkədə - İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Uruqvay və Paraqvayda keçiriləcək.