Roman Qriqorçuk "Neftçi"nin baş məşqçi postundan getməsindən sonra maraqlı açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, Ukrayna mətbuatına danışan təcrübəli mütəxəssis bunları söyləyib:

"Neftçi"nin rəhbərliyinə təşəkkür edirəm. Azərbaycana bir məqsədlə getmişdim: ümid edirdim ki, "Neftçi"ni çempion edib UEFA Çempionlar Liqasında oynayacağıq. Ora yalnız bunun üçün getmişdim. Amma nə qədər gülməli olsa da, 9 turdan sonra "Neftçi" bir qələbə də qazana bilmədi. Belə bir vəziyyətdə qarşılıqlı qərar (müqaviləni ləğv etmək) yollarımızı ayırmaqdan başqa bir şey ola bilməzdi. Artıq Ukraynadayam. "Neftçi"yə isə uğurlar arzulayıram, məqsədlərinə çatsınlar. Mənim prioritetim, təbii ki, Ukraynada qalmaqdır. Mən bunu əvvəllər etmək istəyirdim, sadəcə, Azərbaycana səfərlə bağlı İstisna var idi. Mən bunu planlaşdırmamışdım, nədənsə bu seçim yarandı. Mən ideyalarımı həyata keçirmək istəyirəm. Bunlar yüksək nəticələr əldə etməyə yönəlmiş layihədir".