"Bizim üçün çətin oyun oldu. Matça istədiyimiz kimi başladıq. İkinci hissədə rəqib komanda qapımıza qollar vurdu. Sonluq da hamıya bəllidir".
Offsideplus.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Rumıniyalı mütəxəssis məğlubiyyətə səbəb göstərməkdə çətinlik çəkib: “Bilmirəm, sizə nə deyim. Fürsət yaranır ki, qalib gələk, bir addım da irəli gedək, amma bunu bacara bilmirik. Hələ də başa düşə bilmirəm ki, necə olur, bu komanda səfərdə qalib gəlir, evdə eyni nəticəni təkrarlaya bilmirik. Başa sala bilmirəm, nə baş verir. Səfərdə 14 xal qazanmışıq. Halbuki həm ev, həm də səfərdə tələblərimiz eyni olur. Deyim ki, evdə azarkeş amili rol oynayır, təzyiq var, xeyr, bu da yoxdur. Çalışacağıq ki, bunların öhdəsindən gələk. Səfər oyunlarında işləri istədiyimiz kimi alındıra bilirik. Xüsusən də, təcrübəli oyunçulardan, hücumdakı futbolçulardan daha artığını gözləyirəm. Oyunboyu duellərin hamısında uduzduq. Bəlkə də məhz buna görə məğlub olduq”.