Bu gün "Neftçi" klubunun yeni təyin olunan prezidenti Fərrux Mahmudovla görüş keçirilib.
Fəqət tədbirdə tək-tük media nümayəndəsi iştirak edib.
Maraqlıdır ki, "ağ-qaralar"ın yeni prezidentinin təqdimatında niyə az sayda jurnalist iştirak edib?
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, görüş "Neftçi"nin baş sponsoru SOCAR tərəfindən təşkil olunub. Yəni, media nümayəndələrinin bu tədbirə dəvət olunması klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən həyata keçirilməyib. Bu səbəbdən də təqdimata çox az sayda jurnalist qatılıb.
Xatırladaq ki, Fərrux Mahmudov bu postda Kamran Quliyevi əvəzləyib.
Offsideplus.az