Bu gün Azərbaycan Kubokunun finalı Bakıdakı “Bakcell Arena”da baş tutacaq.
Offsideplus.az xəbər verir ki, “Neftçi” – “Qəbələ” qarşılaşmasının məkanı ilk dəfə həlledici görüşə ev sahibliyi edəcək. Ümumilikdə isə əvvəlki 28 finala 7 stadion ev sahibliyi edib. “Bakcell Arena” bu siyahıda 8-ci olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda daha çox – 18 belə matç keçirilib. Qəbələ şəhər stadionunda 3 final təşkil edilib. Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionu və Naxçıvan Muxtar Respublika Stadionunun hərəsində iki, “Şəfa” (indiki “ASK Arena”), “Dalğa Arena” və “Bank Respublika Arena”da bir dəfə kubokun qalibi müəyyənləşib.
Qeyd edək ki, 1992-ci ildən keçirilən yarışda 2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb, 2002/03 mövsümü keçirilməyib.