UEFA Konfrans Liqasına vəsiqə qazanan "Qəbələ"də ayrılıq yaşana bilər.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "qırmızı-qaralar"ın müdafiəçisi Murad Musayev komandanı tərk edə bilər.

Belə ki, əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev 29 yaşlı futbolçunu sərəncamında görmək istəmir.

Baxşıyevin gələcək planlarında yer almayan oyunçu yayda özünə başqa klub axtaracaq.

Bildirək ki, Musayevin "Qəbələ" ilə müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatır.

Offsideplus.az