Misli Premyer Liqasının XXXIII turunda "Qarabağ" "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.
Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin üzvü Riçard Almeyda Azərbaycan çempionatında 250-ci oyununu keçirib. 34 yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə ev oyununun gedişində meydana daxil olub.
Riçard Premyer Liqada 2012/13 mövsümündə debüt edib. Ölkə çempionatının 11 mövsümündə iştirak edən yarımmüdafiəçi 250 matçda 46 qola imza atıb.
O, bu müddətdə iki klubun formasını geyinib. Almeyda “Qarabağ”da 230, “Zirə”də 20 dəfə şans qazanıb. Orta sahə oyunçusu bütün qollarını Ağdam klubunun heyətində vurub.