Bu gün İntizam Komitəsinin növbəti iclası baş tutub.
Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinal oyunları üzrə aşağıdakı qərarlar qəbul olunub.
Aprelin 26-da baş tutan “Turan Tovuz”la oyunda "Neftçi" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə 1600 manat, meydançaya kənar şəxslər daxil olduğuna görə 1600 manat, meydançaya və dəhlizə “A Buraxılışı” olmayan şəxslər daxil olduğuna görə 800 manat; “Turan Tovuz” futbolçularının ünvanına azarkeşlər tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə 4000 manat cərimə edilib. Oyununun 90+8-ci dəqiqəsində "ağ-qaralar"ın tərcüməçisi Vüqar Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan Kubokunda 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə edilib.
Flaqman Azərbaycan Kuboku yarımfinalında yaşananlara görə, ümumilikdə 12 000 manat cərimələnib.
Bundan əlavə, 2 may tarixində Misli Premyer Liqasının XXXII turu üzrə keçirilən “Neftçi” – “Qarabağ” oyununda "ağ-qaralar"ın futbolçusu Voyislav Stankoviç təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib. “Neftçi” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə 1600 manat, azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə 4000 manat, oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə 1600 manat cərimələnib.
“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına və kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə Ağdam təmsilçisi müvafiq olaraq, 1600 manat və 4000 manat məbləğində cərimə olunub.
Azərbaycan derbisində isə "Neftçi" ümumilikdə 8 800 manat ziyana düşüb. AFFA "Neftçi"ni ümumilikdə 20 800 manat cərimə ödəməli olacaq.