"Qarabağ" futbolçusu Riçard Almeydaya yeni müqavilə təklif edib.
Offsideplus.az Futbolinfo.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi daha bir mövsüm “Qarabağ”da qala bilər. Baş məşqçi Qurban Qurbanovun oyunundan razı qaldığı yarımmüdafiəçi “yox” deməsə, onunla müqavilənin müddəti uzadılacaq.
Azərbaycan millisinin üzvünün "Qarabağ"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, 2012-2018-ci illərdə "Qarabağ", 2020-ci ildə "Zirə"də çıxış etmiş Almeyda 2021-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinir.