"Kəpəz"in futbolçusu Əfran İsmayılov 10 günlük sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, buna 33 yaşlı yarımmüdafiəçinin "Sumqayıt" ilə oyun öncəsi məşqdə zədələnənməsi səbəb olub. Bu barədə klubunun mətbuat xidməti məlumat yayıb. Əzələsi dartılan yarımmüdafiəçi təxminən 10 gün məşq edə bilməyəcək. Bu müddətdə futbolçu müalicə və bərpa prosesi keçəcək.
Qeyd edək ki, "Sumqayıt" - "Kəpəz" matçı 0:0 hesabı ilə başa çatıb.