Bakıda təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda “Şamaxı” ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. 

Millimizin qollarını Samir Abdullayev və Camal Cəfərov vurub. “Şamaxı”nın heyətində isə Adil Nağıyev, Bəhruz Teymurov və İbrahim Aslanlı fərqlənib.

Xatırladaq ki, U-21 sentyabrın 27-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində moldovalı yaşıdları ilə qarşılaşacaq.