Qadın futbolçulardan ibarət Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, rəqib Bosniya və Herseqovina millisi olub. "Dalğa Arena"da keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Hesabı 64-cü dəqiqədə qonaqlardan Minela Qaçanitsa açıb. Lakin rəqibin qol sevinci cəmi 3 dəqiqə çəkib. 67-ci dəqiqədə Nazlıcan Parlak tarazlığı bərpa edib. 

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv 4-cü pillədə qərarlaşıb. Bosniya və Herseqovina isə 10 xalla 2-ci sıradakı mövqeyini qoruyub.