Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Offsideplus.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 605 xalla siyahıya başçılıq edir.
Bədii gimnast Zöhrə Ağamirova ikinci (535 xalla), idman gimnastı İvan Tixonov isə üçüncü pillədə (380 xalla) yer alıb.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.