Mövsümün sonunda “Qarabağ”dan ayrılan Riçard Almeydanın yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Astana”ya keçib. Xəbəri Qazaxıstan klubunun rəsmi saytı yayıb. Milli komandamızın da formasını geyinən futbolçuyla bağlanmış müqavilənin detalları barədə məlumat verilməyib. Qeyri-rəsmi xəbərə görə, Almeyda yeni klubunda ilinə 1 milyon avro qazanacaq.
Qeyd edək ki, “Astana”ya mövsümün sonunda “Qəbələ” ilə yollarını ayıran Roman Qriqorçuk başçılıq edir.(qol.az)