Erik Abidal keçirdiyi ağır xəstəlik dönəmində yaşadıqları haqqında maraqlı müsahibə verib:
"İlk əməliyyatımdan sonra olan ağrı dözülməz idi. Həyatımın ən ağrılı dönəmi idi. Dözülməz idi, vulkan kimi hiss edirdim özümü. Elə bil, bıçaq yarası kimi hiss edirdim. Həkim gəlib deyəndə ki,təəsüf edir və bir daha eməliiyat etməli olacaq, çox şad oldum. Heç kəsə bu cür ağrını arzu etmərəm.
Bir gün Titi (Henry)məni görmək üçün Nyu Yorkdan gəldi. Onu dəhlizin sonunda görəndə, ağlamağa başladım, çünki istəmirdim ki,məni bu halda görsün. Bununla belə, onun gəlib məni görməsinə sevindim.
Barçadakı komanda yoldaşlarım məni arıq və gücsüz görmüşdülər. Oyundan əvvəl onlar üçün video çəkdim və videoda onları salamladım, oyuna həvəsləndirdim. Dedim, narahat olmasınlar,onlarlayam. Bilirsiz,Messi mənə nə dedi? "Bu kimi videoları bizə daha göndərmə, bu bizim üçün çox ağırdır və çox məyus edir". Mən bunu görmürdüm, düşünürdüm ki, qaydasındayam. Mən isə onlara "hər şey qaydasında,möhkəm olun" dedim. Lakin onlar mənə dedilər ki, onlar məni cəsəd kimi gördülər və bu,onları toz halına gətirirdi".