"Baş məşqçi istefası asan vəziyyət deyil. Buna baxmayaraq, biz peşəkarıq. Mövcud vəziyyəti idarə etməliyik və inanmalıyıq. Qarşıya qoyulan məqsədə doğru irəliləməliyik".
Offsideplus.az xəbər verir ki, bu fikirləri Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra idən Samuel Slovak UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycanla sabahkı səfər oyunu öncəsi keçirilən mətbuat konfransında səsləndirib.
Mütəxəssis, Azərbaycan millisinin yaxşı müdafiə olunduğunu bildirib: "Azərbaycan yığması topla yaxşı oynayır. Texniki cəhətdən yaxşıdırlar. Rəqibə hörmətlə yanaşırıq. Ancaq biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik. Qələbə qazanmaq istəyirik".