Azərbaycan Premyer Liqasında legioner limiti dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul olunub.
Limit 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunacaq.
Qeyd edək ki, buna qədər Premyer Liqamızda legioner limi 6+5 (6 əcnəbi, 5 yerli futbolçu) sistemi idi.