Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümündən etibarən gənc futbolçular üçün yaş limiti ləğv ediləcək.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsi bu gün keçirilən iclasında qərar qəbul edib.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqası və ölkə kuboku oyunlarında hər komandanın start heyətində ən azı bir 21 yaşadək futbolçu yer almalıdır.