"Sumqayıt" klubunun futbolçusu Cəmaləddin Xocaniyazov sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçi "Qəbələ"yə qarşı keçirilən Premyer Liqanın 23-cü tur matçında sıradan çıxıb.
Oyunu davam etdirə bilməyən oyunçu 22-ci dəqiqədə Rüfət Abdullazadə ilə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və qonaqlar 17-ci dəqiqədə Araz Abdullayevin vurduğu qolla hesabda öndədir.