"Borrusiya"nın futbolçusu Erlinq Haalandın yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, norveçli ulduz "Mançester Siti" ilə şəxsi razılıq əldə edib. Bu barədə tanınmış jurnalist Nikola Şkira "tvitter" hesabında məlumat verib. İngiltərə nəhəngi 22 yaşlı oyunçu ilə 2027-ci ilədək sözləşmə imzalayacaq. Onun illik qazancı 30 milyon avro olacaq.
"Şəhərlilər" Haalandın 75 milyon avroluq sərbəst qalmaq bəndini işə salacaq.