"Neftçi"nin futbolçusu Mamadu Kanenin Qvineya yığmasının heyətində Afrika Millətlər Kubokunda növbəti oyununu keçirib.

Offsideplus.az  xəbər verir ki, milli komanda  3-cü turda Zimbabve ilə üz-üzə gəlib.

 

Kane komandanın 1:2 hesablıyla məğlub olduğu qarşılaşmada  90 dəqiqə meydanda olub və məhsuldar ötürnə ilə yadda qalıb.

Məğlub olmasına baxmayaraq  Qvineya seçməsi qrupda 2-ci yeri tutub və pley-offa vəsiqəni əldə edib.