Xəbər verdiyimiz kimi, Gəncə şəhər stadionunun avtomobil dayanacağı olan yeri satılıb.
Bu məlumatı "Xəmsə" fanklubunun rəsmi "feysbuk" hesabı paylaşıb.
Məsələni aydınlaşdırmaq üçün "Kəpəz"in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq.
Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Mən də bu paylaşımı sosial şəbəkələrdə görmüşəm. Klub rəhbərliyinin bu haqda məlumatı var. Təəssüf ki, biz stadiondan icarədar kimi istifadə edirik. Ona görə də, bu məsələyə qarışa bilmirik. Bununla bağlı gənclər və idman nazirliyinin yerli idarəsinə müraciət etsəniz, daha yaxşı olar".
Cavid Əliyev