Millimizin sabiq futbolçusu Dimitri Nazarov Bundesliqa 2-də çıxış etdiyi "Ersgebirge"(Aue) klubundan ayrıla bilər.

31 yaşlı futbolçunun meneceri Nazarovu Azərbaycanın iddialı klublarına təklif etdiyi barədə məlumat yayılıb.

Bu məsələni aydınlaşdırmaq üçün ilk olaraq "Zirə"nin mətubat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq.

Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bunları dedi: "Hazırda biz də bu məsələ haqında heç bir məlumat yoxdu".

"Sabah" klubunun rəsmisi Elnur Həmidov da həmkarı kimi bu məsələ barədə heç bir məlumatlarının olmadığını bildirib.

Qeyd edək ki, bu barədə xəbəri "Sportal.az" saytı yayıb.

Cavid Əliyev