“Qarabağ” klubunun yarımmüdafiəçisi Riçard Almeyda Premyer Liqamızda penaltindən vurulan qolların sayına görə ən sərrast futbolçu sayılır.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu bütün penaltiləri dəqiq yerinə yetirməklə 18 dəfə qol sevinci yaşayıb.
İkinci pillədə “Neftçi”nin kapitanı Emin Mahmudov və “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynov yer alıb.
Hər iki futbolçunun aktivində 7 dəqiq 11 metrlik zərbə var.