Yığmamızın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqla oyunun hakimləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanı avstriyadan olan referilər idarə edəcək.
Matçın baş hakimi Manuel Şüttenqruber olacaq. Ona həmyerliləri Roland Brandner və Robert Ştaynaxer kömək edəcək.
Qeyd edək ki, Azərbaycan - Lüksemburq matçı noyabrın 11-də saat 21:00-da baş tutacaq.