"Azərbaycanda uzun müddət çıxış etdim. İndi isə fərqli çempionatda oynamaq istəyirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda deyib. 29 yaşlı futbolçu Azərbaycanda ciddi uğurlar qazandığını bildirib:
"Milliləşdirilmiş futbolçu kimi Azərbaycan yığma komandasının üzvüyəm və 8 oyun keçirmişəm. Tanrıya minnətdaram. Azərbaycanda çox şey qazanmışam. "Qarabağ" mənim üçün ancaq uğurla yadda qaldı. Heç bir şey itirməmişəm. 6 ildə çox titul qazandım. 5 dəfə ölkə çempionu olduq. Çempionlar Liqasının qrup mərhələsində oynamaqla zirvəyə çatdıq".
Yarımmüdafiəçi gələcək karyerası haqda danışıb: "Təkliflərlə atamla agentim məşğuldur. Onlar bir neçə təklif ortaya çıxarsalar da, imtina etmişəm. 5-6 ölkədən fərqli variantlar var idi. Yekun qərarı iyunun ortalarında verəcəm. Atamla həyat yoldaşım mənə dəstək verirlər". (sportal.az)