Avro-2020-nin rəsmi səhifəsi DÇ-2022-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Portuqaliya (0:3) oyunundan maraqlı videokadrı paylaşıb.
Offsideplus.az xəbər verir ki, 14 milyon izləyicisi olan səhifə portəgizlərin ulduzu Joao Kanselunun bir neçə saniyə ərzində topu millimizin futbolçuları - Filip Ozobiç, daha sonra Təmkin Xəlilzadənin ayaqlarının arasından keçirdiyi qısa videoepizodu paylaşıb.
Bu videoya 200 mindən çox baxış gəlib.