İrlandya milli komandasının baş məşqçisi Stiven Kenni DÇ-2022 seçmə mərhələsinin oyunlarında öncə maraqlı açıqlamaları ilə yadda qalıb.

Offsideplus.az irishmirror-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Portuqaliya ilə oyunu Azərbaycanla görüşə qurban vermək istəmədiyini vurğulayıb:

“Bir çoxları düşünür ki, Portuqaliya ilə oyunda şansımız yoxdur və gücümüzü Azərbaycanla matça saxlamalıyıq. Amma mən bunu istəmirəm. Portuqaliya qarşılaşmanı Azərbaycanla oyun üçün qurban verməyəcəyik. Güclü komanda ilə oynasaq da, əlimizdəki ən yaxşı heyəti meydana buraxacağıq. İnanıram ki, onlarla matçda uğurlu nəticə əldə edə bilərik”.

Qeyd edək ki, İrlandiya - Azərbaycan oyunu sentyabrın 4-də keçiriləcək.