"İmamverdiyev heç yerə getmir. Onun klubumuzla daha bir il müqaviləsi var".
Offsideplus.az xəbər verir ki, bunu açıqlamasında "Sumqayıt"ın prezidenti Riyad Rəfiyev futbolçu Cavid İmamverdiyevin cari mövsümün sonunda klubdan ayrılacağı barədə xəbərlərə münasibət bildirərkən deyib. O, 28 yaşlı yarımmüdafiəçi ilə sözləşməni bir müddət əvvəl 2019-cu ilin iyununadək uzatdıqlarını əlavə edib.
Qeyd edək ki, Cavid İmamverdiyev 2017-ci ilin mayın 4-də "Sumqayıt"a cəlb olunub. Onunla 1 illik müqavilə bağlanıb. (Report)