“Neftçi” yetirməsi Fəhmin Muradbəyli ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçisi 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
25 yaşlı futbolçu 2013-2017, 2020-2021-ci illər ərzində “Neftçi”nin heyətində 85 rəsmi oyunda meydana çıxıb, 6 qola imza atıb.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl digər yetirməsi Ömər Buludovla yeni müqavilə bağlamışdı.