Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Qətər yığması ilə qarşılaşıb. Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilən qarşılaşma yığmamızın növbəti rüsvayçılığı ilə yadda qalıb. Komandamız ilk hissədə hesabı açsa da, sonda 1:2 hesabı ilə uduzub.
UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.
Beynəlxalq yoldaşlıq oyunu
21:00. Qətər - Azərbaycan 1:2
Qollar: Ramil Şeydayev, 16 (pen). Hassan Al Haydos, 55 (pen), 58
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)
Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu
Heyətlər:
Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Elamin, 16. Khoukhi, 15. Al Ravi, 7. Alaaeldin, 23, Al Haj Madibo, 20. Abdulsalam, 4. Vaad, 10. Al Haydos (k), 19. Ali