Azərbaycan Premyer Liqasının 26-cı turunda “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” oyuna ciddi itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Riçard Almeyda bu görüş buraxacaq.

Son turda “Zirə” ilə oyunda sarı vərəqə alan millimizin yarımmüdafiəçisi cəzalı duruma düşüb.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu mayın 6-da “Azərsun Arena”da keçiriləcək.