Artyom Butenin kuryerliyə başlayıb.
Offsideplus.az “Sportarena”ya istinadla xəbər verir ki, sabiq müdafiəçi Ukraynadakı pizza şirkətlərinin birində kuryer kimi fəaliyyət göstərir. Butenin buna görə aylıq 30 min qriven (təxminən 1800 manat) qazanacağı bildirilib.
Qeyd edək ki, karyerası ərzində Ukraynada “Dinamo” (Kiyev), “Volın”, Çexiyada “Slovan”, Moldovada “Zarya” kimi klublarda çıxış atmiş Artyomun sonuncu dayanacağı Azərbaycan olub. Müdafiəçi 2015-ci ildə “Rəvan”da çıxış edib.