"Səbail" klubu yeni transferini reallaşdırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milovan Petroviç "dənizçilər"ə transfer olub. Makedoniyalı müdafiyəyə meyilli yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Petroviçin son klubu "Vardar" olub.



